Həmin “zipline”da avqustda da ciddi problem olubmuş
Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzindəki “zipline”nın kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub.
Liderxeber.az xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib.
Belə ki, turistlər “zipline”a miniblər. Lakin mənzil başına çatmadan yolda qalıblar. Onları istirahət mərkəzinin əməkdaşları xilas edib və “zipline”dan endirib.
Qeyd edək ki, sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzində “zipline”nın kanat sisteminin bərkidildiyi metal konstruksiyanın deformasiyaya məruz qalması nəticəsində əsas mexaniki qurğu kanatdan çıxıb.
Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Bayramov Ucal Asif oğlu və 1995-ci il təvəllüdlü Məmmədzadə Coşqun Ceyhun oğlu ölüb.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.
