Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Binəqədi rayonunda, Gülməmməd Ramazanov küçəsinin Emin Bağırov küçəsindən Həsən bəy Zərdabi küçəsinədək olan hissəsində təmir işləri aparılır.
Liderxeber.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, təmir işlərinin gedişindən asılı olaraq sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.
“Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”, - deyə məlumatda qeyd edilib.
Oxşar Xəbərlər:
22 apr 2024, 13:08
23 mar 2026, 08:40
24 yan 2024, 10:30
15 iyn 2026, 12:00
