Bu siniflərdə Azərbaycan dilinin dərs yükü 42 saata çatdırılacaq
“Tədrisi digər dillərdə aparılan siniflərdə “Azərbaycan dili - dövlət dili kimi” fənninin həftəlik saatı artırılır”.
Liderxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, hazırda tədrisi digər dillərdə aparılan siniflərdə 150 min şagird təhsil alır:
“2021-ci ildən etibarən Azərbaycan dili fənninin I–IX siniflərdə həftəlik dərs yükü 22-dən 31 saata qədər artırılıb.
Yeni tədris ilindən etibarən isə ümumi dərs yükünün həftəlik 31 saatdan 42 saata çatdırılması nəzərdə tutulur”.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
26 dekabr 2023, Çərşənbə axşamı
Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiq edilib
11 fevral 2025, Çərşənbə axşamı
Qanuna dəyişiklik edilir: Azərbaycan telekanallarında yeni tip işçilərə ehtiyac yaranacaq?
