Pressa.az » Ölkə » “Nəticələr uğurlu olarsa, təmayül modeli genişləndiriləcək”

“Nəticələr uğurlu olarsa, təmayül modeli genişləndiriləcək”

15 sentyabr 2026, Çərşənbə axşamı, 09:43
“Nəticələr uğurlu olarsa, təmayül modeli genişləndiriləcək”

“Bu tədris ili Azərbaycan təhsili üçün vacib olacaq”.

Liderxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, tədris ilində əsas bir neçə istiqamət üzrə işlər davam etdiriləcək: “Bu tədris ilində əsas istiqamətlərdən biri təmayüllü siniflərin fəaliyyətinin genişləndirilməsidir. Bu il 90 məktəbdə təmayüllü sinif modeli tətbiq ediləcək.

Bu, müəyyən mənada valideynlərə dəstək olacaq və şagirdlərin daha yaxşı nəticələr göstərməsinə imkan verəcək. Nəticələr uğurlu olarsa, tam orta təhsil modelinə daha geniş şəkidə tətbiq edə bilərik. Bu zaman şagirdlər son iki ili təmayüllü siniflərdə oxuyacaqlar”.