Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
“Biz bərpa işlərinə, demək olar ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra - 2021-ci ildən başlamışdıq. Bərpa edilən birinci obyekt Ağdam məscidi olub”.
Liderxeber.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə söyləyib.
“Bu günədək artıq 12 məscid - hansılar ki, ya tamamilə dağıdılmışdı, ya da ki, yarı dağıdılmışdır, - bərpa edilib, yenidən qurulub və bu proses davam etdirilir”, - dövlət başçısı bildirib.
Oxşar Xəbərlər:
23 dek 2024, 12:27
12 iyn 2025, 17:40
