Pressa.az » Ölkə » Nahid Şəmşirova 6 il şərti cəza verildi

Nahid Şəmşirova 6 il şərti cəza verildi

16 sentyabr 2026, Çərşənbə, 13:06
Nahid Şəmşirova 6 il şərti cəza verildi

Külli miqdarda dələduzluğa cəhddə təqsirləndirilən Nahid Şəmşirovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Liderxeber.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən N.Şəmşirov verilmiş ittihamla təqsirli bilinib. Ona 6 il müddətinə şərti cəza verilib.

Qeyd edək ki, Nahid Şəmşirov “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri, hazırda isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun əmisi oğludur.