Pressa.az » Ölkə » “Narkotacirlərə qarşı daha sərt qanunlar ola bilər”

“Narkotacirlərə qarşı daha sərt qanunlar ola bilər”

16 sentyabr 2026, Çərşənbə, 16:49
“Narkotacirlərə qarşı daha sərt qanunlar ola bilər”

“Narkotacirlərə qarşı mübarizə aparmaq üçün daha sərt qanunlar qəbul edilə bilər”.

Liderxeber.az xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Biz narkotik daşıyan vasitələrin dövlət büdcəsi lehinə müsadirə olunması ilə bağlı ayrıca bir qanun qəbul edə bilərik.

Bahalı yükdaşıyan nəqliyyat vasitələrinin yük yerlərində xüsusi olaraq ayrıca yerlər düzəldilir və orada yüz kiloqramlarla narkotik çıxır. Həmin avtomobili idarə edən sürücü, o nəqliyyat vasitəsinin sahibi də məsuliyyət hiss etməlidir ki, əgər mənim nəqliyyat vasitəm narkoticarətə vasitə olursa, mən onu itirə bilərəm. Belə olanda daha çəkindirici qanun qəbul etmiş ola bilərik.

Biz hələlik genofondumuzu sıradan çıxardan, bizə qarşı tiryək müharibəsi elan edən ölkələrlə elə narkokuryerlər səviyyəsində mübarizə aparırıq. Məncə burada bir mərhələ daha yuxarı qalxmalıyıq, artıq narkobaronlarla mübarizə aparmalıyıq”, - deputat bildirib.