Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var - Fotolar
Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verib.
Liderxeber.az FHN-ə istinadən xəbər verir ki, bununla bağlı qurumun “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı binanın birinci mərtəbəsində yerləşən mənzilin hamam otağında, ilkin ehtimala əsasən, qazla işləyən cihazda partlayışın baş verdiyi müəyyən edilib.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə zamanı 1 nəfər xəsarət alıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.




Oxşar Xəbərlər:
18 oktyabr 2024, Cümə
Gəncədə mənzildə baş vermiş partlayış nəticəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB - 4
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
03 dekabr 2024, Çərşənbə axşamı
Sumqayıtdakı partlayışda axtarış-xilasetmə əməliyyatları yekunlaşıb, altı nəfər xilas edilib - YENİLƏNİB-3
