Pressa.az » Ölkə » Bu il neçə üçəm doğulub?

Bu il neçə üçəm doğulub?

17 sentyabr 2026, Cümə axşamı, 10:20
Bu il neçə üçəm doğulub?

Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48954 doğulan körpə qeydə alınıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DK) məlumat yayıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,2-dən 8,2-yə düşüb.

Doğulan körpələrin 53,4 faizi oğlan uşaqları, 46,6 faizi isə qız uşaqları olub.

Doğulan körpələrdən 1696-sı əkiz, 60-ı isə üçəm olub.