“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”.
Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov bildirib.
“Kifayət qədər yüksək əməkhaqqı alacaqlar. Bu, xüsusilə regionlardakı tibb işçilərinə aiddir. Dəfələrlə burada müzakirə etmişik ki, bölgələrdə tibb işçilərinin qıtlığı var. Mən əminəm ki, tibb işçilərinin əməkhaqqının artırılması bu problemin həllinə böyük təkan verəcək.
Bu addım nəticəsində tibb işçilərinin illik əməkhaqqı fondu 189 milyon manat artırılıb. Bu, çox böyük rəqəmdir”, - deyə komitə sədri bildirib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
03 sentyabr 2026, Cümə axşamı
Tibb işçilərinin maaşlarının artırılması regionlarda həkim çatışmazlığını azaldacaq
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
