Pressa.az » Ölkə » Prokuror Alimpaşa Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

Prokuror Alimpaşa Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

26 sentyabr 2023, Çərşənbə axşamı, 17:58
Prokuror Alimpaşa Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

Şəmkir rayon icra hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

LiderXəbər-in məlumatına görə, Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə prokuror Alimpaşa Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəyib.

Bundan sonra hakim təqsirləndirilən şəxsin vəkillərinə müdafiə çıxışlarını hazırlamaq üçün oktyabrın 3-nə qədər vaxt verib.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.