Pressa.az » Ölkə » Narın faydaları

Narın faydaları

27 sentyabr 2023, Çərşənbə, 10:09
Narın faydaları

Nar haqqında Qurani Kərimdə 3 ayədə yazılır (Ənam 99, Ənam 141, Rəhman 68).

Müqəddəs kitabımızda narın həm dünyamızın, həm də cənnətin ən gözəl meyvələrindən olduğu haqqında məlumatlar verilir. Nar Quranda ən çox adı çəkilən meyvələrin içində xurma, zeytun və üzümdən sonra dördüncüdür.

Narın tərkibi kalium, fosfor, kalsium, natrium, dəmir kimi minerallarla, həmçinin A, B1, B2, B3, C vitaminləri ilə zəngindir. Tərkibindəki kalium və natrium bədənimizin su balansını qoruyur, kalium həm də yığılmış artıq mayeni və ödemləri xaric edir, ürək, qan-damar sistemini qüvvətləndirir, əzələ və sümüklərə mineralların rahat daxil olmasına şərait yaradır.

Nar yeyən insanların sinir sistemi və sümüklərində mineral çatışmazlığı ilə bağlı problem olmur. İbn Sina demişdir: “Əgər böyrəklərinizdə iltihab və yaralar (pielonefrit, nefrit) varsa, şirin nardan bol-bol yeyin, göz qaşınması zamanı isə narşərabı sürmə kimi gözə çəkin. Diş əti qanamalarında, ağız yaralarında, anginalarda, ağızdan iy gəlməsində nar qabığını və ya nar çiçəyini 5 dəqiqə suda qaynadıb qarqara edin”.

Əgər babasil düyünləri ağrı verirsə və tez-tez qanayırsa, nar şirəsini qaynadaraq yarısını buxarlandırın, yarısı qalanda bir o qədər alma sirkəsi əlavə edib daha 5 dəqiqə qaynadın və bu məhlulla babasil üzərinə islatma edin, tez bir zamanda düyünlər kiçiləcək.

Keçəlliyin müalicəsində zeytun yağının içinə nar dənələri töküb qaynadın, süzün, gündə 3 dəfə keçəl nahiyələrə sürtün. Həzrəti Əli (Allah ondan razı olsun) buyurmuşdur: “Narı içindəki pərdəsi ilə birlikdə yeyin, çünki o mədəni təmizləyir”.

Həqiqətən nar mədənin divarlarını içdən təmizləyir və əzələsini möhkəmləndirir. Nar ürək əzələsinin vurma gücünü artırır, ishalın qarşısını alır, qabığı qurdqovucu təsir göstərir. Nar şirəsini buruna tökən zaman burundakı poliplər kiçilməyə başlayır.

Öskürək zamanı şirin nar yeyilməsi öskürəyi kəsir, ağciyərləri təmizləyir. Turş nar isə ürəkbulanmanı azaldır, sidikqovucu təsir edir, mədə və qida borusundan qaynaqlanan ağız qoxusunun qarşısını alır. Öd durğunluğu zamanı turş nar yemək faydalıdır. 1 ədəd orta ölçülü narın şirəsini çəkin, bir o qədər bal ilə qarışdırıb 5 dəqiqə qaynadın, alınan qarışımı göz xəstəlikləri zamanı sürmə kimi gözünüzə çəkin, sağalmaz ağız və damaq yaralarının üstünə çəkin. Bu qarışımı dırnaq dibinin iltihabı zamanı şişmiş nahiyənin üzərinə qoyanda iltihab sorulur.

Nar qanda yüksəlmiş xolesterini aşağı salır, damarların mənfəzini təmizləyir, beyin qan dövranını yaxşılaşdırır, yaddaşı və zehni qabiliyyəti gücləndirir, qanı durulaşdırır, artmış ürək döyüntülərini normallaşdırır. Nar qabığını suda 5 dəqiqə qaynadıb, bir az bal əlavə edib koliti və bağırsaqdakı yaraları müalicə etmək olar, bu qarışım çox güclü ishalkəsicidir. Şirin nar qabığını qurudub, qəhvəüyüdəndə üyüdərək toz halına salıb, sulu yaraların üzərinə tökən zaman yaralar həm sulanmır, həm də tez sağalır. Bu tozu zeytun yağı ilə qarışdırıb yaraların üzərinə məlhəm kimi çəkmək olar.

Saç-saqqal ağarmasının qarşısını almaq üçün 1 xörək qaşığı turş nar qabığının tozu və 1 çay qaşığı mixək tozunu 100 qram rafinə olunmamış zeytun yağına qarışdırıb gündə 1 dəfə saça və saqqala çəkmək, 3 saatdan sonra yumaq lazımdır. Nar suyu ilə sirkə qarışdırılıb qaynadılır, bununla sızanaqlar müalicə olunur. 200 qram arpanın üzərinə 100 qram su, 200 qram nar şirəsi tökülür, vam odun üzərində 10 dəqiqə qaynadılır, süzülür, mədə yaraları zamanı yeməkdən əvvəl 2 xörək qaşığı içilir. Qarışığı soyuducuda 3 gün saxlamaq olar.

Narın şirəsini içməkdənsə, özünü yemək daha faydalıdır, çünki nar şirəsi çox büzücü xassəyə malik olduğundan qəbizlik törədə bilər, özünü yeyən zaman isə tumları qəbizliyin qarşısını alır. Turş nar şəkər xəstələrinin istifadə edə biləcəyi ən faydalı meyvədir.

Oxşar Xəbərlər: