Pressa.az » Ölkə » Sabah leysan yağacaq - 02.10.2026

Sabah leysan yağacaq - 02.10.2026

01 oktyabr 2026, Cümə axşamı, 14:00
Sabah leysan yağacaq - 02.10.2026

Oktyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüzdən arabir güclənəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 60-70% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, axşam yağıntıların güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.

Oxşar Xəbərlər:

Bayram günləri hava necə olacaq?
26 may 2026, Çərşənbə axşamı
Bayram günləri hava necə olacaq?
Bayram günlərinin havası
30 dekabr 2025, Çərşənbə axşamı
Bayram günlərinin havası
Bazar günü hava necə olacaq?
27 dekabr 2025, Şənbə
Bazar günü hava necə olacaq?
Bayram günlərində bölgələrdə qar yağacaq
19 mart 2024, Çərşənbə axşamı
Bayram günlərində bölgələrdə qar yağacaq