Pressa.az » Ölkə » Bazar günü leysan olacaq

Bazar günü leysan olacaq

03 oktyabr 2026, Şənbə, 13:08
Bazar günü leysan olacaq

Oktyabrın 4-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-14° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75%, gündüz 50-60 % olacaq.

Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 04-ü gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək.

Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 15-20° isti, dağlarda 0-5° isti, gündüz 6-10° isti olacaq.

Oxşar Xəbərlər:

Bayram günləri hava necə olacaq?
26 may 2026, Çərşənbə axşamı
Bayram günləri hava necə olacaq?
Bazar günü hava necə olacaq?
27 dekabr 2025, Şənbə
Bazar günü hava necə olacaq?
Bayram günlərinin havası
30 dekabr 2025, Çərşənbə axşamı
Bayram günlərinin havası
Bayram günlərində bölgələrdə qar yağacaq
19 mart 2024, Çərşənbə axşamı
Bayram günlərində bölgələrdə qar yağacaq