Qarabağın erməni sakinləri üçün daha 32 ton benzin göndərilib
Qarabağın erməni sakinləri üçün daha 32 ton benzin göndərilib.
LiderXəbər xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli və orada yaşayan erməni sakinlərinin ehtiyaclarının təmin olunması üçün təxirəsalınmaz tədbirlər davam etdirilir. Sentyabrın 27-də bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsi məqsədilə Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 32 ton benzin dolu növbəti avtomobil yola salınıb.
Oxşar Xəbərlər:
21 sentyabr 2023, Cümə axşamı
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir