Pressa.az » Ölkə » Azərbaycanda mağazadan külli miqdarda siqaret oğurlanıb

Azərbaycanda mağazadan külli miqdarda siqaret oğurlanıb

02 oktyabr 2023, Bazar ertəsi, 17:49
Azərbaycanda mağazadan külli miqdarda siqaret oğurlanıb

Gəncədə mağazadan külli miqdarda tütün məmulatı oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, Gəncə ŞBPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki mağazaların birindən 15000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Gəncə sakini M.Rzayev saxlanılıb.

Araşdırma aparılır.