Səhlab Bağırovun yerinə təyinat olub
Daxili İşlər Nazirliyi (DİN) Əlahiddə Çevik Polis Alayına yeni komandir təyin edilib.
LiderXəbər-in məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Ramil Priyev Alayın Qərargah rəisi təyin olunub.
Qeyd edək ki, daha əvvəl Əlahiddə Çevik Polis Alayının komandiri polis general-mayoru Səhlab Bağırov idi. O, ötən ay vəzifəsindən azad edilərək DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.