Ölüm haqqında şəhadətnamənin verilməsinin hansı hallarda gecikdirildiyinə aydınlıq gətirilib
Ölüm haqqında şəhadətnamənin verilməsinin hansı hallarda gecikdirildiyinə aydınlıq gətirilib.
LiderXəbər xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Hüquq departamentinin Korporativ hüquq şöbəsinin aparıcı məsləhətçisi Gülnar Hacıyeva məlumat verib. O qeyd edib ki, zorakı ölümə şübhə olduğu hallar, ölüm hadisəsinin qeyri-yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş verməsi, vəfat edən şəxsin yaşadığı ərazi üzrə ilkin tibbi-sanitariya yardımı ilə bağlı tibb müəssisəsinə təhkim olunması üçün müraciət etməməsi, habelə qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisələrində uzun müddət ərzində dövri müayinələrdən keçməməsi, ölümün naməlum səbəblərdən baş verməsi və sair hallar vəfat edən şəxsin ailə üzvləri və ya yaxınları tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin əldə edilməsinə çətinliklər yarada bilər.