Azərbaycan Prezidenti: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün tarixi şərait yaranıb
Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub.
LiderXəbər xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına müraciətində deyilib.
“Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır" – dövlət başçısı bildirib.
Oxşar Xəbərlər:
10 oktyabr 2023, Çərşənbə axşamı
Prezident İƏT-in Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına müraciət ünvanlayıb
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər