Pressa.az » Ölkə » Sabahın hava proqnozu

Sabahın hava proqnozu

12 oktyabr 2023, Cümə axşamı, 16:28
Sabahın hava proqnozu

Oktyabrın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən LiderXəbər-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-10° isti olacaq.

Oxşar Xəbərlər:

Sabah Bakıda 25° isti olacaq
13 aprel 2023, Cümə axşamı
Sabah Bakıda 25° isti olacaq
Sabahın hava proqnozu
04 aprel 2023, Çərşənbə axşamı
Sabahın hava proqnozu
Sabahın hava proqnozu
03 mart 2023, Cümə
Sabahın hava proqnozu
Sabahın hava proqnozu
10 may 2023, Çərşənbə
Sabahın hava proqnozu