Füzulinin daha 62 sakini doğma yurda qayıdıb
Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
LiderXəbər xəbər verir ki, oktyabrın 13-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 62 nəfər köçürülüb.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 230 ailə, yəni 811 nəfərin daimi məskunlaşması təmin edilib
Oxşar Xəbərlər:
15 iyun 2023, Cümə axşamı
"Qaçqınkom" VÖEN-i olanların “çörəkpulu”sunun dayandırılacağı barədə məlumatlara aydınlıq gətirib