Pressa.az » Ölkə » İsveç Kralı Azərbaycan səfirini qəbul edib

İsveç Kralı Azərbaycan səfirini qəbul edib

16 oktyabr 2023, Bazar ertəsi, 16:24
İsveç Kralı Azərbaycan səfirini qəbul edib

İsveç Kralı XVI Qustav Azərbaycan səfiri Zaur Əhmədovu qəbul edib.

LiderXəbər xəbər verir ki, bu barədə azərbaycanlı diplomat "X" hesabında bildirib.

"Əlahəzrət Kral və ülyahəzrət Kraliça, əlahəzrət vəliəhd şahzadə tərəfindən Kral Sarayında qəbul olunmaq şərəfinə nail oldum", - diplomat qeyd edib.

Səfir vurğulayıb ki, görüş zamanı o, inkişaf etməkdə olan Azərbaycan-İsveç münasibətləri haqqında qarşı tərəfi məlumatlandırıb.