Pressa.az » Ölkə » Samuxun yeni icra başçısı kollektivə təqdim olunub - FOTO

Samuxun yeni icra başçısı kollektivə təqdim olunub - FOTO

26 oktyabr 2023, Cümə axşamı, 13:24
Samuxun yeni icra başçısı kollektivə təqdim olunub - FOTO

Samuxun yeni icra başçısı kollektivə təqdim olunub.

LiderXəbər xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Firdovsi Şahmirzə oğlu Əliyev bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Firdovsi Əliyev ona göstərilən etimada görə minnətdarlıq edib.