Pressa.az » Ölkə » Səhiyyə nazirinin səlahiyyətləri artırılıb

Səhiyyə nazirinin səlahiyyətləri artırılıb

27 oktyabr 2023, Cümə, 17:03
Səhiyyə nazirinin səlahiyyətləri artırılıb

Səhiyyə nazirinin səlahiyyətləri artırılıb.

LiderXəbər-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.

Nazirin səlahiyyətləri sırasına aşağıdakılar əlavə edilib:

- Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Nazirliyin tabeliyindəki qurumların nizamnamələrini təsdiq olunmaq üçün təqdim etmək;

- Nazirliyin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər vermək;

-Müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Nazirliyin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir

- Elmi-Tibbi Şuranın, Farmakoloji və Farmakopeya Ekspert Şurasının və Apellyasiya Şurasının sədrlərini, Şura sədrlərinin təqdimatı (təklifi) əsasında onların digər üzvlərini, o cümlədən Apellyasiya Şurası Katibliyinin rəhbərini və tərkibini təsdiq etmək.