Horadiz-Ağbənd yolunun İranla bağlantısı və Araz çayı üzərində körpünün tikintisinin davam etdirilməsinə 14 milyon manat ayrılıb
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,0 milyon manat ayrılıb.
LiderXəbər xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Oxşar Xəbərlər:
05 sentyabr 2023, Çərşənbə axşamı
Yeni Qubadlı ‒ Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinə 20 milyon manat ayrılıb