Prezident İlham Əliyev Qazaxıstana səfərə gedib
Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçiriləcək 10-cu yubiley Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstan Respublikasına səfərə gedib.
LiderXəbər xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşıladılar.
Oxşar Xəbərlər:
30 yanvar 2023, Bazar ertəsi
Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub