Pressa.az » Azərbaycan Prezidenti İlham Əliyev Tacikistana dövlət səfərinə gedib

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistana dövlət səfərinə gedib

05 aprel 2023, Çərşənbə, 12:00
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistana dövlət səfərinə gedib

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gedib.

Liderxəbər xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar.