Pressa.az » Ölkə » Zəfər gününün hava proqnozu

Zəfər gününün hava proqnozu

07 noyabr 2023, Çərşənbə axşamı, 12:57
Zəfər gününün hava proqnozu

Noyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hirometeorologiya Xidmətindən LiderXəbər-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 19-24° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacaq.


Oxşar Xəbərlər:

Sabah yağış yağacaq
19 oktyabr 2023, Cümə axşamı
Sabah yağış yağacaq
Sulu qar və qar yağacaq
23 fevral 2023, Cümə axşamı
Sulu qar və qar yağacaq
Sabah yağış yağacaq - PROQNOZ
24 oktyabr 2023, Çərşənbə axşamı
Sabah yağış yağacaq - PROQNOZ
Sabah yağış yağacaq
16 oktyabr 2023, Bazar ertəsi
Sabah yağış yağacaq
Sabah Bakıda 25° isti olacaq
13 aprel 2023, Cümə axşamı
Sabah Bakıda 25° isti olacaq