Vaqif Xaçatryana 15 il həbs cəzası verilib
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.
LiderXəbər xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Vaqif Xaçatryan 15 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmdə qeyd olunub ki, Vaqif Xaçatryan cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Bu gün prokuror Vaqif Xaçatryana cəza tələb edəcək, hökm oxunması gözlənilir