Pressa.az » Ölkə » Magistraturaya sənəd verənlərin sayı açıqlanıb

Magistraturaya sənəd verənlərin sayı açıqlanıb

07 fevral 2023, Çərşənbə axşamı, 10:00
Magistraturaya sənəd verənlərin sayı açıqlanıb

Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.

Bu barədə DİM-dən bildirilib.

Qeyd edilib ki, imtahanda iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 24-dən başlayıb və 9 fevral saat 23:59-dək davam edəcək.

7 fevral saat 09:10-a olan məlumata əsasən 13179 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 12046; rus bölməsi - 1133).

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan 50 manat məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

İmtahan 2023-cü il fevralın 19-da keçiriləcək.