Azərbaycanda 3 yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə işlərinə yalnız razılıqları ilə cəlb olunacaqlar
Azərbaycanda üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız razılıqları ilə cəlb olunacaqlar.
LiderXəbər-in xəbərinə görə, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlarla bərabər, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər də gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər.
Oxşar Xəbərlər:
25 oktyabr 2023, Çərşənbə
Ötən il hamilə və ya üç yaşınadək uşağı olan qadının əmək hüquqlarını pozma maddəsi ilə cinayət qeydə alınmayıb
13 iyun 2023, Çərşənbə axşamı
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb