30-35 yaşlı şəxslər peşə təhsili ala bilər
Əvvəllər 18 yaşa çatanda insanlar elektron sistemlərlə tanış olurdusa, artıq məktəb yaşından onlar texnologiya ilə tanış olurlar. Biz istəyirik ki, 30-35 yaşında olan şəxslər peşə təhsil kolleclərinə yaxınlaşaraq data elmi, kiber təhlükəsizliyi öyrənmək istədiyini desinlər. Artıq bu istiqamətdə işlər görmək üçün Elm və Təhsil Nazirliyi ilə danışıqlar aparılır.
LiderXəbər xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktorunun vəzifələrini icra edən Fariz Cəfərov bu gün 2-ci Bakı Forumunda panel çıxışı zamanı deyib.
O bildirib ki, artıq universitetlər də təhsil proqramını dəyişməli və yeniliklərə uyğunlaşmalıdır:
“Sovet dövründə dörd illik təhsillə kifayətlənmək mümkün idi. Lakin indi zaman, tələblər dəyişib. Mən 3 ildə 4 magistr təhsili almışam”.