Pressa.az » Ölkə » Yağış yağacaq, külək güclənəcək - Xəbərdarlıq

Yağış yağacaq, külək güclənəcək - Xəbərdarlıq

07 dekabr 2023, Cümə axşamı, 17:30
Yağış yağacaq, külək güclənəcək - Xəbərdarlıq

Hava şəraiti haqqında növbəti məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən LiderXəbər-ə verilən məlumata görə, dekabrın 7-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Dekabrın 7-si axşamadək Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Oxşar Xəbərlər: