Pressa.az » Ölkə » Zəlzələdən sonra Kardiologiya İnstitutuna müraciətlərin sayında artım müşahidə edilib

Zəlzələdən sonra Kardiologiya İnstitutuna müraciətlərin sayında artım müşahidə edilib

09 dekabr 2023, Şənbə, 12:22
Zəlzələdən sonra Kardiologiya İnstitutuna müraciətlərin sayında artım müşahidə edilib

Dekabrın 7-də baş vermiş zəlzələdən sonra Kardiologiya İnstitutuna çox sayda müraciət daxil olub.

LiderXəbər xəbər verir ki, bunu Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "Kardiologiyada yeni çağırışlar - 2023" adlı beynəlxalq elmi konqresdə jurnalistlərə açıqlaması zamanı Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova deyib. O bildirib ki, bu cür hallarda hipertanik kriz, fobiyalardan qaynaqlanan qəfləti, miokard infarkta səbəb olacaq spazmalar müşahidə edilir.


Müraciət edənlərin hansı yaş qrupuna aid olması barədə sualı cavablandıran Gülnaz Dadaşova bildirib ki, onlar müxtəlif yaş qruplarından olan 18 yaşdan yuxarı şəxslər olublar:

"Tələbələr, eləcə də yaşlı şəxslərdən müraciətlər oldu. Beyin, ürək patologiyası olan, indiyəcən yüksək təzyiqdən şikayətlənməyən insanların təzyiqdən, bir sıra insanlarda qəfil şəkər yaranma riskinin ortaya çıxması kimi hallar qeydə alındı".

Həkim qeyd edib ki, ürək xəstəliklərinin artmasına səbəb olan faktorlar arasında stress, zərərli vərdişlər, energetik içkilər ciddi rol oynayır. O, həmçinin vətəndaşlara çağırış edərək ürəklərinə qarşı daha diqqətli olmalarını deyib.