Paytaxtın Xəzər rayonunda qanunsuz tikililər sökülüb
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən LiderXəbər-ə bildirilib ki, bu çərçivədə, Bakı şəhəri, Xəzər rayonunun Qala və Buzovna qəsəbələri ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.
Oxşar Xəbərlər:
30 oktyabr 2023, Bazar ertəsi
Azərbaycan və Türkiyə mütəxəssisləri təbii fəlakətlərlə bağlı müzakirə aparacaqlar
04 oktyabr 2023, Çərşənbə
Bakıda “HEYDƏR ƏLİYEV İDEYALARI İLƏ YETİŞƏN NƏSİL” adlı təhsil konfransı keçirilib