Pressa.az » Ölkə » Göygöldə ağacəkmə aksiyası keçirilib

Göygöldə ağacəkmə aksiyası keçirilib

11 dekabr 2023, Bazar ertəsi, 17:20
Göygöldə ağacəkmə aksiyası keçirilib

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Göygöl Rayon İcra Hakimiyyəti  üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş növbəti ağacəkmə aksiyası keçirilib.
 
Ağacəkmə aksiyasında Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Rayon Polis şöbəsinin rəisi Zaur Nəsirov, Dövlət Təhlükəsizliyi Xidmətinin Göygöl rayon şöbəsinin rəisi Natiq Musayev, Göygöl Regional Mühafizə şöbəsinin rəisi İlham Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəis əvəzi Hikmət Qədimov, qazilər və şəhid ailələri, idarə, müəssisə və təşkilat kollektivləri, ictimaiyyət nümayəndələri və könüllülər iştirak ediblər.
 
Keçirilən ağacəkmə aksiyalarının məqsədi məhz Ümummilli Lider Heydər Əliyevin ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.
 
Göygöl Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə rayonun Üçtəpə kəndi ərazisində təşkil edilmiş ağacəkmə aksiyasında üç mindən çox müxtəlif növ ağac əkilmiş və damcılı suvarma sistemi quraşdırılmışdır.