Pressa.az » Ölkə » Daha bir uşaq qızılcadan öldü

Daha bir uşaq qızılcadan öldü

18 dekabr 2023, Bazar ertəsi, 15:10
Daha bir uşaq qızılcadan öldü

Lənkəranda qızılca xəstəliyindən ölüm halı qeydə alınıb.

LiderXəbər xəbər verir ki, hadisə Şirinsu qəsəbəsində qeydə alınıb.

Şirinsu qəsəbə sakini, 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadədə bir həftə bundan əvvəl yüksək hərarət yaranıb.

Ailənin özünün gördüyü tədbirlər zamanı uşaqda hərarət aşağı düşüb, qızartılar çəkilib. Ötən gün uşaqda yenidən hərarət yaranıb və evə təcili yardım çağrılıb.

Təcili yardım uşağa ilkin tibbi yardım göstərib və uşağı təcili xəstəxanaya aparılmasını təkid edib. Lakin ailə buna etiraz edib. Təcili yardımdan sonra uşağın halı pisləşib və o, yaxınları tərəfindən təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlər uşağa yardım göstərsə də, onu xilas etmək mümkün olmayıb.