Pressa.az » Ölkə » Azərbaycan tibb müəssisələrində Türkiyədəki zəlzələdə zərərçəkənlər üçün 2 min çarpayı ayrılıb

Azərbaycan tibb müəssisələrində Türkiyədəki zəlzələdə zərərçəkənlər üçün 2 min çarpayı ayrılıb

08 fevral 2023, Çərşənbə, 18:59
Azərbaycan tibb müəssisələrində Türkiyədəki zəlzələdə zərərçəkənlər üçün 2 min çarpayı ayrılıb

Azərbaycan tibb müəssisələrində Türkiyədəki zəlzələdə zərərçəkənlər üçün 2 min çarpayı ayrılıb.

LiderXəbər xəbər verir ki, bu barədə Azərbaycanın səhiyyə naziri Teymur Musayev ilə türkiyəli həmkarı Fahrettin Koca ilə telefon danışığı zamanı bildirib.

Telefon danışığı zamanı Teymur Musayev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələrinin zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirildiyini Türkiyəli həmkarının diqqətinə çatdırıb.

“Ehtiyac olduğu təqdirdə, Azərbaycanlı tibb mütəxəssisləri yaralanmış şəxslərin müalicəsinə tibbi dəstək göstərməyə tam hazırdır”, - nazir deyib.

T.Musayev yaralıların tezliklə sağalmasını arzulayıb və həlak olmuş şəxslərin ailələrinə Allahdan səbr diləyib.