Pressa.az » Ölkə » Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı

21 dekabr 2023, Cümə axşamı, 16:04
Sabahın havası açıqlandı

Dekabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən LiderXəbər-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz əsasən dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacaq.

Oxşar Xəbərlər:

Sabahın hava proqnozu
21 oktyabr 2023, Şənbə
Sabahın hava proqnozu
Külək, yağış, qar - Sabahın havası
05 dekabr 2023, Çərşənbə axşamı
Külək, yağış, qar - Sabahın havası
Sabahın hava proqnozu
25 mart 2023, Şənbə
Sabahın hava proqnozu
Sabahın hava proqnozu
03 mart 2023, Cümə
Sabahın hava proqnozu