Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı məhkəmə yaxın tarixdə keçiriləcək.
LiderXəbər xəbər verir ki, Tehran vilayətinin Ədliyyə üzrə Baş İdarəsinin rəisi Əli Əl-Qasi Mehr Ali Ədliyyə Şurasının iclasında Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumla bağlı cinayət işindəki nöqsan və maneələrin aradan qaldırıldığını bildirib.
O qeyd edib ki, sözügedən cinayət iş üzrə məhkəmə iclası yaxın tarixdə keçiriləcək.