Neftçalada “Heydər Əliyev ili” çərçivəsində silsilə tədbirlər keçirilir
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində Neftçala rayonunda keçirilən “İstedadlar axtarışında” yaradıcılıq festivalının final mərhələsinin qaliblərinin, Respublika və beynəlxalq əhəmiyyətli müsabiqələrdə qalib olan şəxslərin mükafatlandırılması keçirilib.
Tədbirdə Neftçala RİH-in başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və onların övladları, ictimaiyyət nümayəndələri, məktəblilər iştirak edib və iştirakçılar məktəblilərin hazırladıqları sərgilərə baxış keçiriblər.
İlk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bildirib ki, 2023 - cü il Ulu Öndər Heydər Əliyevin 100- illik yubileyilə əlaqədar olaraq bütün respublikamızda olduğu kimi Neftçala rayonunda da “Heydər Əliyev ili” elan olunması münasibətilə müxtəlif tədbirlər böyük coşqu ilə qeyd olunub. Ulu Öndər Heydər Əliyevin siyasi kursu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev təərfindən uğurla davam etdirildiyini bildirən Neftçala RİH-in başçısı 2023-cü ilin əsas yaddaqalan hadisələrindən olan torpaqlarımızın, ərazi bütövlüyümüzün lokal antiterror tədbirləri nəticəsində tam olaraq azad edilməsi, öz suverenliyimizin tam bərpa olunması və bütün işğala məruz qalan ərazilərimizdə Azərbaycan Bayrağının ucaldılmasıdır. Müstəqil Azərbaycan Respublikasının suverenliyini öz candan əziz bilən Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”. Ulu Öndər Heydər Əliyev siyasətinin, vətən sevgisinin, apardığı çətin mübarizənin ən parlaq, işıqlı səhəri və tarixi nəticəsidirki bizlər müstəqil, suveren və azad bir ölkədə yaşayırıq. RİH-in başçısı RİH-in dəstəyi, Şirvan-Salyan Regional Təhsil İdarəsi Neftçala rayonu üzrə Təhsil sektoru, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayonu üzrə nümayəndəliyi, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektoru və Neftçala Peşə Məktəbinin birgə təşkilatçılığı ilə rayon ərazisində keçirilən “İstedadlar axtarışında” yaradıcılıq festivalının qaliblərini, qarşıdan gələn “Yeni il” münasibətilə təbrik edib və onlara gələcək işlərində uğurlar arzulayıb.
Tədbirdə “İstedadlar axtarışında” Festivalında –“Bədii qiraət”, “Nə? Harada? Nə zaman?”, “Qısametrajlı film”, “Rəssamlıq və heykəltaraşlıq”, “Kulinariya”, “Şən və hazırcavablar klubu” və digərləri nominasiyalar üzrə qalib olan məktəblilər, gənclər fəxri fərman və xatirə hədiyyələri ilə təltif olunublar.
Tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayonu üzrə nümayəndəliyinin hazırladıqları musiqi proqramı ilə davam edib.
Tədbirin sonunda qaliblərlə xatirə şəkili çəkilib.