Pressa.az » Ölkə » İlk xarici ölkə vətəndaşı olan mediator Türkiyə vətəndaşı Gürsel Bolat oldu

İlk xarici ölkə vətəndaşı olan mediator Türkiyə vətəndaşı Gürsel Bolat oldu

28 dekabr 2023, Cümə axşamı, 07:36
İlk xarici ölkə vətəndaşı olan mediator Türkiyə vətəndaşı Gürsel Bolat oldu

Mediator olmaq üçün AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən keçirilən "Mediatorların ilkin hazırlığı" kursunu müvəffəqiyyətlə bitirərək Mediasiya Şurası üzvlüyünə qəbul edilən ilk xarici ölkə vətəndaşı, qardaş Türkiyə Cümhuriyyətinin vətəndaşı Gursel Bolat olub. Gursel Bolat artıq mediator kimi fəaliyyətinə başlayıb.

Qardaş Türkiyə və ölkəmiz arasında olan sıx dostluq, qardaşlıq, iqtisadi, hüquqi, siyasi münasibətlər fonunda qardaş Türkiyə vətəndaşının Azərbaycanda mediator kimi fəaliyyətə başlaması hər iki ölkənin mediasiya sahəsində apardığı işlərə böyük töhfə olacaq. Nəzərə alsaq ki, hər iki ölkənin vətəndaşları arasında bir çox hallarda mediasiya proseslərinə qarşılıqlı müraciətlər olur, bu baxımdan hər iki ölkənin istər hüquq, istərsədə mediasiya sahəsini kifayət qədər sağlam və peşəkar bilən kadrlara böyük ehtiyac var.

Gürsel Bolat Mehmet oğlu 15.04.1973-cü ildə Türkiyə Cümhuriyyətinin Ordu Şəhərinin Aybastı Rayonunda anadan olmuşdur. 1992-ci ildən Azərbaycan Respublikasında yaşayır.

1992-1997- ci illərdə Bakı Dövlət Universitetinin Hüquq Fakültəsində Təhsil almışdır.

Ankara Universitetinin Hüquq Fakültəsi və Kırıkkale Universitetinin Hüquq Fakültəsində Ön lisans Tamamlama oxumuşdur.

2013-cü ildə Kırıkkale Universitetinin Hüquq Fakültəsində önlisans tamamlama diplomu almışdır.

2013-2014-cü illərdə Türkiyə Cümhuriyyətinin Ordu Şəhərində Vəkillik üzrə staj görmüşdür. 2014 - 2015-ci illərdə Ordu Vəkillər Kollegiyasının üzvü olmuşdur.

2015-ci ildən Türkiyə Cümhuriyyəti İstanbul 1 saylı Vəkillər Kollegiyasının üzvüdür.

2000-2006 Atılım LTD Müəssisəsində Hüquqşünas vəzifəsində işləmişdir.

2006-2009 Atılım LTD Müəssisəsində Direktor vəzifəsində işləmişdir.

2009-2016 Progress Hüquq MMC-də Direktor vəzifəsində işləmişdir.

2016-cı ildən bu günə qədər Gürsel Hüquq Consulting MMC şirkətinin Təsisçisi və Direktorudur.