Pressa.az » Ölkə » Nazir müavini: Qadınların pensiya yaşının azaldılması məsələsi gündəlikdə yoxdur

Nazir müavini: Qadınların pensiya yaşının azaldılması məsələsi gündəlikdə yoxdur

16 yanvar 2024, Çərşənbə axşamı, 12:29
Nazir müavini: Qadınların pensiya yaşının azaldılması məsələsi gündəlikdə yoxdur

Qadınların pensiya yaşının azaldılması ilə bağlı təkliflərə aydınlıq gətirilib.

LiderXəbər xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında məlumat verib.

O bildirib ki, əmək pensiyaları ilə bağlı tələblər qanunla tənzimlənir.

"Qadınların pensiya yaşı mərhələli şəkildə artırılır. Bu gün nazirliyin gündəliyində qadınların pensiya yaşının azaldılması məsələsi yoxdur".