Pressa.az » Ölkə » Parlamentin komitə sədri: Peyvəndləməyə diqqət artırılmalıdır, qızılcaya tutulanların hamısı peyvənd olunmayanlardır

Parlamentin komitə sədri: Peyvəndləməyə diqqət artırılmalıdır, qızılcaya tutulanların hamısı peyvənd olunmayanlardır

18 yanvar 2024, Cümə axşamı, 11:48
Parlamentin komitə sədri: Peyvəndləməyə diqqət artırılmalıdır, qızılcaya tutulanların hamısı peyvənd olunmayanlardır

Biz peyvəndləmə ilə bağlı müzakirələrə diqqət artırılmalıdır.

LiderXəbər xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bu gün ölkəmizdə vaksinasiyaya münasibətdə ciddi dəyişiklik olmalıdır: “İnsanlar arasında mənfi fikirlər yayılır, hətta həkimlər arasında belə fikirdə olan insanlar var. Komitədə keçirilməsi nəzərdə tutulan dinləmədə əsas müzakirə mövzusu peyvəndləmə olmalıdır. İnsanları inandırmalıyıq ki, övladlarının yoluxucu xəstəlikdən dünyasını dəyişməsini istəmirlərsə, bunun yolu peyvəndləmədir. Uşaqlarımız vaksindən kənarda qalır. Bu günlərdə qızılcaya tutulan insanların tam əksəriyyəti yox, 100 % hamısı peyvənd olunmayan insanlardır”.