Füzuli şəhərində daha 30 ailəyə mənzillərinin açarları təqdim edilib
Yanvarın 22-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, mərasimdə Komitənin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 106 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 440 ailə, 1625 nəfərin daimi məskunlaşması təmin edilib.
Oxşar Xəbərlər:
18 yanvar 2024, Cümə axşamı
Füzuli şəhərinə köçürülən daha 30 ailəyə mənzillərinin açarları təqdim edilib - FOTO
28 dekabr 2023, Cümə axşamı
Növbəti köç karvanı Laçın şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub
25 dekabr 2023, Bazar ertəsi
Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib