MN: Çətin relyefli ərazilərdə xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil olunub - VİDEO
Azərbaycan Ordusunun çətin relyefli, sərt iqlim və dağlıq ərazilərdə dislokasiya olunan bölmələrində xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil olunub.
LiderXəbər xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, mühəndis bölmələri tərəfindən təminat yollarının, rabitə və kommunikasiya xətlərinin daima işlək vəziyyətdə saxlanması üçün zəruri tədbirlər həyata keçirilir.
Şəxsi heyətin və avtomobil kolonlarının təhlükəsizliyi üçün hərəkət məhdudlaşdırılıb, təminat yollarının qardan təmizlənməsi növbəli şəkildə icra olunur.
Qeyd edilib ki, mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam etdirilir.
Oxşar Xəbərlər:
18 iyul 2023, Çərşənbə axşamı
Müdafiə Nazirliyi azad edilmiş ərazilərdə aşkarladığı minaların sayını açıqlayıb
26 dekabr 2023, Çərşənbə axşamı
Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiq edilib