Bu il Cəbrayıl şəhərinə 2158 keçmiş məcburi köçkün qayıdacaq
Bu il Cəbrayıl şəhərinə köç olacaq, hazırda şəhər mərkəzində 33 yaşayış binası inşa olunur.
LiderXəbər xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyindən bildirilib.
Qeyd edilib ki, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur: “Kompleksdə 33 yaşayış binası tikilir. 4-5 mərtəbədən ibarət olan bu binalarda 712 mənzil olacaq. Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2158 keçmiş məcburi köçkün məskunlaşacaq”.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
28 sentyabr 2023, Cümə axşamı
Prezident İlham Əliyev Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub
25 dekabr 2023, Bazar ertəsi
Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
16 noyabr 2023, Cümə axşamı
Zəngilanda “Beynəlxalq nəqliyyat-logistika dəhlizi” mövzusunda beynəlxalq konfrans keçirilir