Pressa.az » Ölkə » Həftəsonu yol qəzalarında 12 nəfər ölüb

Həftəsonu yol qəzalarında 12 nəfər ölüb

13 fevral 2023, Bazar ertəsi, 10:53
Həftəsonu yol qəzalarında 12 nəfər ölüb

Həftəsonu yol qəzalarında 12 nəfər ölüb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 11-də və 12-də ölkə ərazisində qeydə alınan 128, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarışda olan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 12 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 65, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 115 nəfər saxlanılıb.