Jalə Əhmədova türkiyəli mütəxəssislərlə autizm spektrli pozuntuları olan uşaqların cəmiyyətə inteqrasiyasını müzakirə edib
Yanvarın 30-da Türkiyəli mütəxəssis, "autizmə çarə var!" deyərək yola çıxan uşaq inkişafı eksperti Can Erdoğan və İnclusive Organization Team-ın rəhbəri İbrahim Məmmədovla onlayn formatda görüşümüz baş tutdu. Görüş zamanı inklüziv təhsil, autizm spektrli pozuntuları olan uşaqların cəmiyyətə inteqrasiyası və reabilitasiyası mövzusunda müzakirələr apardıq və birgə əməkdaşlığımız barədə qərar qəbul etdik.
Azərbaycan Autizm Assosiasiyası, İnclusive Organization Team və Can Erdoğanın rəhbərlik etdiyi Pediart The Child & Family Counseling Center ilə birgə əməkdaşlığımız hər birimiz üçün xeyirli və uğurlu olsun.
Jalə Əhmədova
Milli Məclisin deputatı
Oxşar Xəbərlər:
06 aprel 2023, Cümə axşamı
Zərərli vərdişlərdən istifadəni təbliğ edən mahnıların siyahısı hazırlanıb - SİYAHI
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər