Pressa.az » Ölkə » Sumqayıtda bazar yanıb 

Sumqayıtda bazar yanıb 

02 fevral 2024, Cümə, 10:30
Sumqayıtda bazar yanıb 

Sumqayıtda yanğın baş verib.

LiderXəbər xəbər verir ki, hadisə Əşya bazarı kimi adlanan ərazidə qeydə alınıb.

Şəhər sakini, 1990-cı il təvəllüdlü Hacıyev Mübariz Sedulla oğluna məxsus ümumi sahəsi 300 kvadratmetr olan meyvə-tərəvəz mağazasının 250 kvadratmetri yanıb.

Daha sonra yanğın mağazanın qarşısında park halında olan “Mercedes" markalı yük avtomobilinə keçib.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub, yanğın söndürülüb.

Yanğının səbəbi araşdırılır